İlon Mask özünü "yadplanetli" adlandırdı
Amerikalı milyarder, iş adamı İlon Mask özünü “yadplanetli” adlandırıb.
Patrul.az xəbər verir ki, bu barədə Mask Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, ondan tez-tez “Yadplanetlilər varmı?” sualı soruşulur və o, bu suala “Bəli” cavabını verir. Lakin Mask bildirib ki, buna baxmayaraq, insanlar onun dediklərinə inanmırlar.
“İnsanlar məndən tez-tez ‘Aramızda yadplanetlilər varmı?’ deyə soruşurlar. Mən də ‘Bəli, inanıram’ deyə cavab verirəm. Amma təbii ki, mənə inanmırlar. Nə isə…”, – deyə Mask qeyd edib.
Milyarder əlavə edib ki, əgər insanlar arasında yadplanetlilər varsa, bunun özünün ola biləcəyini istisna etmir. O bildirib ki, Yer kürəsinin orbitində təxminən 9 min peyk mövcuddur və indiyədək heç vaxt yadplanetli gəmi səbəbindən manevr etməyə ehtiyac yaranmayıb.
“Deyirəm ki, bilmirəm. Amma ümumiləşdirərək deyə bilərəm ki, həyat və şüur kainatda olduqca nadir hadisədir və bəlkə də yalnız burada, aramızda mövcuddur. Əgər bu doğrudursa, onda şüur işığını canlı saxlamaq üçün mümkün olan hər şeyi etmək bizim məsuliyyətimizdir”, – deyə o, əlavə edib.
Xatırladaq ki, İlon Mask daha əvvəlki açıqlamalarında da insanların ölmək üçün proqramlaşdırıldığını, lakin uzunömürlülük probleminin gələcəkdə həll edilə biləcəyini bildirmişdi.
Gülbəniz Səfərova






