4 il uçuş edən saxta pilotun fəaliyyəti ifşa oldu
Kanadada fəaliyyət göstərən bir aviaşirkətdə saxta pilotun fəaliyyəti ifşa olunub.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, 33 yaşlı Dallas Pokornik 2025-ci ilin oktyabrında dələduzluq əməlləri ilə bağlı ittiham olunub. O, Panamada saxlanılaraq ABŞ-yə ekstradisiya edilib.
Aparılan araşdırmalar nəticəsində Pokornikin saxta stüardessa vəsiqəsindən istifadə edərək özünü pilot kimi təqdim etdiyi və bu üsulla dörd il ərzində pulsuz uçuşlar həyata keçirdiyi müəyyən edilib.
Məlumata görə, Dallas Pokornik 2017–2019-cu illərdə Kanadada fəaliyyət göstərən bir aviaşirkətdə stüardessa kimi çalışıb. Lakin onun heç bir pilot lisenziyasının və aviasiya üzrə rəsmi səlahiyyətinin olmadığı, buna baxmayaraq bəzi uçuşlar zamanı pilot kabinəsində əyləşmək istədiyi də üzə çıxıb.
Məhkəmənin qərarı ilə Dallas Pokornik məhkəmə prosesi başa çatanadək həbsdə saxlanılacaq. Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.






