media-903ae5fc-b96f-4594-ae32-b60694f5d85e

ABŞ-yə məxsus hərbi təyyarə Qırmızı dənizdə qəzaya uğrayıb.

Patrulaz.az “NTV”yə istinadən xəbər verir ki, Yaxın Şərqdə yerləşdirilən və Yəməndəki hücumlardan məsul olan USS Harry S. Truman aviadaşıyıcısının göyərtəsində yerləşən F/A-18E “Super Hornet” tipli döyüş təyyarəsi sürüşərək dənizə düşüb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir ki, təyyarə anqar göyərtəsində yedəyə alınarkən nəqliyyat ekipajı onun üzərində nəzarəti itirib. Nəticədə həm təyyarə, həm də onu çəkən yedəkləyici avtomobil suya düşüb.

Hadisə zamanı pilot və yedək avtomobilindəki zabit təcili xilas sistemləri ilə havaya atılaraq salamat qurtulub. Onlardan biri yüngül xəsarət alıb.

Qeyd edək ki, təxminən 60 milyon dollar dəyərində olan bu təyyarənin sudan çıxarılacağı ilə bağlı hələlik rəsmi qərar verilməyib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər