media-inshot_20250829_185009759

Pop musiqisinin kralı, amerikalı müğənni Maykl Cekson doğum günü münasibətilə Moskvada pərəstişkarları tərəfindən yad edilib.

Patrulaz.az xəbər verir ki, sənətçini sevənlər onun üçün ucaldılan “Şalyapin” abidəsi önündə toplaşaraq həm musiqisini, həm də rəqslərini anıblar.

Xatırladaq ki, Maykl Cekson 2009-cu ildə 50 yaşında vəfat edib. Bu gün isə onun 67 yaşı tamam olur.

Mərhum sənətçi dünyadan köçsə də, yaradıcılığı və musiqi irsi dünya üzrə milyonlarla pərəstişkar tərəfindən hələ də böyük maraqla izlənilir.

Qeyd edək ki, onun doğum günü münasibətilə təşkil olunan tədbirlər müxtəlif ölkələrdə ənənəvi olaraq keçirilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər