media-img_7434

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib. Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinə Azərbaycanın verəcəyi töhfələrdən, Zirvə toplantısına ev sahibliyinə hazırlıqla bağlı məsələlər müzakirə olunmuşdur”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

media-img_7435
Deputat bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 10 ölkəni birləşdirməklə böyük bir coğrafiyanı əhatə edir: “Bu coğrafiya demokrafik artım, böyük iqtisadi resurslar və möhkəmlənən siyasi güc deməkdir. Təşkilatda təmsil olunan ölkələr eyni din, oxşar dil və mədəniyyətlərə malikdirlər. Bu təşkilata daxil ölkələr arasında əməkdaşlığın genişlənməsi üzv ölkələrə qarşılıqlı fayda gətirir və güc verir. Bu baxımdan təşkilatda təmsil olunmağımız ölkəmiz üçün də çox əhəmiyyətlidir.
Bu gün dünya nizamı öznünün çətin bir dövrünü yaşayır. Belə çətin dövrdə ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlar siyasi və iqtisadi gücü ilə dünyada özünə məxsus yerə malik olur. Azərbaycanın Beynəlxalq tədbirlərin keçirlməsində böyük təcrübəsi var. Ölkəmiz Qoşulamma Hərəkatı və COP29 kimi dünya ölkələrini birləşdirən böyük tədbirlərə uğurla ev sahibliyi etmiş, qlobal gündəliyi narahat edən məslələr müzakirə olunan məkan kimi özünü təsdiq etmişdir. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı da çox yüksək səviyyədə keçiriləcək və təşkilatın fəaliyyətinin daha dərinləşməsinə yeni bir impuls veriləcəkdir”.

Səbinə Hüseynli


Bənzər xəbərlər