media-aa05b2ac-7b32-48b6-84d4-951c88dbd217

ABŞ Rusiya və Ukrayna arasında sülhə nail olmaq məqsədilə 7 bənddən ibarət plan hazırlayıb. Bu sənəd, yaxın zamanlarda Londonda ABŞ Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın iştirakı ilə keçiriləcək görüşdə hərtərəfli təqdim ediləcək. 7 bəndlik sülh planının əsas məqamlarını Patrulaz.az-a politoloq Samir Hümmətov şərh edərək öz fikirlərini bölüşdü:

media-54ab10b7-54f7-4459-bf22-291259a42b3d

“ABŞ-nin Rusiya və Ukrayna arasında sülh danışıqları üçün təklif etdiyi 7 maddəlik planın əsas məqamı, Rusiya və Ukrayna arasında bəzi ərazilərin qarşılıqlı mübadiləsini nəzərdə tutur. Yəni, burada əsas məsələ Ukraynanın Rusiya nəzarətində olan bəzi əraziləri geri qaytarması və Rusiyanın ilhaq etmədiyi bölgələrdən geri çəkilməsidir. Bu plan, bir sözlə, bütün Ukrayna ərazilərinin geri verilməsini nəzərdə tutmur. Planda ikinci məsələ isə yeraltı mədənlərlə bağlı problemdir. Yəni, hər iki ölkə işğal etdiyi mədənləri geri qaytarmalıdır. Çünki Ukraynaya məxsus Zaparojye Atom Elektrik Stansiyası Rusiyanın nəzarəti altındadır. Həmçinin, burada Ukraynanın üzünmüddətli iqtisadi inkişafına təkan vermək məsləsi də gündəmdədir. O cümlədən, planda gələcəkdə Rusiya və Ukraynanın bir-birlərinin ərazilərinə hörmət etmək, təhlükəsizlik təminatı vermək şərtləri də yer alır. Sülh planına daxil olan bu məsələlər baş tutacaq London görüşündən sonra daha da aydınlaşacaq”.

Xatırladaq ki, ABŞ dəfələrlə tərəflər arasında sülhə nail olmaq üçün vasitəçilik rolunda çıxış edib və müxtəlif təkliflər də irəli sürüb. Lakin hələ də müharibənin gedişatına təsir edəcək nəticə əldə edilməyib. Məhz buna görə də ABŞ Prezidenti Donald Trampla vitse-prezident Ceyms Devid Vens Rusiya və Ukrayna arasında nəticə əldə olunmazsa, danışıqlardan geri çəkiləcəkləri barədə xəbərdarlıq ediblər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər