media-77d3eb22-9785-4584-b740-27731b6c71aa

Bakının mərkəzində sürücünün avtomobilini velosiped zolağında saxlaması narazılığa səbəb olub.

Patrulaz.az-a daxil olan məlumata görə, hadisə Azərbaycan prospektində qeydə alınıb. Belə ki, “99-ND-550” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü qanunvericiliyin tələblərinə zidd olaraq, velosipedçilər üçün ayrılmış hərəkət zolağında avtomobilini park edib.

Görüntüdə də hadisə yerində olan şəxsin sürücüyə xəbərdarlıq etdiyi açıq şəkildə görünür. Lakin sürücü bu iradlara məhəl qoymadan, kobud şəkildə cavab verir: “Çək, harda istəyirsən paylaş. 150 manat sənin xətrinə cərimə edəcəklər”.

Qeyd edək ki, qanunvericiliyə əsasən, velosiped zolağında avtomobil saxlamaq qadağandır və bu cür hallara görə sürücülər inzibati məsuliyyət daşıyırlar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər