media-2f153c91-9967-4d1f-85c2-42a9f4143a17

Londonda ABŞ, Avropa və Ukrayna rəsmilərinin iştirakı ilə Ukraynada müharibəyə son qoyma yollarının müzakirə ediləcəyi görüş keçiriləcək.

Patrulaz.az “Le Monde” nəşrinə istinadən xəbər verir ki, ABŞ-ni toplantıda dövlət katibi əvəzinə general Keith Kellogg təmsil edəcək.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, Vaşinqton bu prosesə dair çox açıq təklif təqdim edib: “Onların ya bu təklifə razılıq verməsinin, ya da ABŞ-nin prosesdən çəkilməsinin vaxtı çatıb. Mövcud cəbhə xətləri və ya onlara yaxın ərazilər yeni sərhədlərə çevrilə bilər”.

Vens, eyni zamanda qeyd edib ki, sülh razılaşması üçün hər iki tərəf – həm Rusiya, həm də Ukrayna müəyyən ərazi güzəştlərinə getməli olacaq.

“Bəzi ərazi mübadilələri qaçılmazdır. Amma əsas odur ki, tərəflər silahlarını yerə qoyub, daha yaxşı Rusiya və daha yaxşı Ukrayna qurmağa fokuslansınlar, – deyə Vens bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün öncə bu səylər nəticə verməsə, Vaşinqtonun sülh danışıqlarından geri çəkilə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Gülbəniz Səfərova


Bənzər xəbərlər