ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Təşkilatı (ICE) sərhəd təhlükəsizliyini artırmaq məqsədi ilə ölkə daxilində həyata keçirilən qanunsuz immiqrantların deportasiyası səyləri çərçivəsində 1 gündə 1179 qeyri-qanuni immiqrantın nəzarətə alındığını bildirdi.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ICE-nin X hesabında edilən paylaşımda dünən ölkənin müxtəlif şəhərlərində bir çox federal qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən əməliyyatlarda saxlanılan mühacirlərin sayı daxil edilib. Yazıya görə, ICE rəsmiləri tərəfindən 1179 nəfər saxlanılıb və məlum olub ki, bu, ABŞ prezidenti Donald Trampın yanvarın 20-də vəzifəyə başlamasından bəri qeyri-qanuni mühacirlərə qarşı qeydə alınan ən yüksək gündəlik həbs sayıdır.

Digər tərəfdən Amerikanın NBC News kanalının əldə etdiyi məlumatlara əsaslanan xəbərdə, saxlanılan 1179 immiqrantdan yalnız 613-nün ağır cinayətlər törətdiyi, qalanlarının isə zorakı olmayan cinayətkarlar və ya cinayət törətmiş şəxslər olduğu ifadə edildi. ABŞ sərhədini qanunsuz keçməkdən başqa heç bir cinayət törətməyən adamların olduğu da iddia edilir.


Bənzər xəbərlər