media-43032f59-3c02-46ad-8c05-9c81387e88a9

12 fevral 2025-ci il tarixində Bakının Bayıl qəsəbəsində yerləşən 91 nömrəli məktəbin bufetində satılan çörəkarası qidanın keyfiyyətsiz olması valideynlərin narazılığına səbəb olub.
Patrulaz.az– a verilən məlumatda qeyd olunur ki, məktəb bufetindən 1 manat qarşılığında alınan çörəkarasının bayat çörəkdən hazırlandığı, içindəki kolbasanın mənşəyinin bilinmədiyi qeyd olunub. Valideynlər məktəblərdə satılan qidaların gigiyenik və keyfiyyət standartlarına cavab verməli olduğunu vurğulayaraq məsələ ilə bağlı tərdbir görülməsini tələb edir.
Məktəblərdə satılan qidaların keyfiyyətsiz olması uşaqların sağlamlığı üçün ciddi təhlükə yaradır.
media-492e394b-ff4f-42d2-8bbf-4fb42cfac4e5


Bənzər xəbərlər