ABŞ-də əhalinin sayı getdikcə azalır - SƏBƏBİ İSƏ...
2024-cü ilin iyulundan 2025-ci ilin iyuluna qədər ABŞ əhalisi cəmi 1,8 milyon nəfər artıb ki, bu da COVID-19 pandemiyasından bəri ən aşağı artım tempidir. Ölkənin 3143 dairəsini əhatə edən məlumatlara görə, əksər dairələrdə əhali artımı yavaşlayıb, təxminən 40% dairədə isə əhali azalıb. Artımın yavaşlaması və azalması hətta əvvəllər davamlı yüksək artım göstərən dairələrdə də müşahidə olunub.
Patrul.az xəbər verir ki, ABŞ Əhalinin Siyahıyaalınması Bürosu (USCB) bildirir ki, bu vəziyyətin əsas səbəbi beynəlxalq miqrasiyanın azalmasıdır – yəni ölkəyə gələn insanların sayı ölkəni tərk edənlərin sayından azdır.
2024-cü ilin iyulundan 2025-ci ilin iyuluna qədər bu göstərici əvvəlki 12 aylıq dövrə nisbətən 50%-dən çox azalıb.
Nyu-York şəhərində beynəlxalq miqrasiya təxminən üçdə iki qədər azalıb, eyni zamanda şəhəri tərk edənlərin sayı 149 mindən 168 minə yüksəlib.
Brukinqs İnstitutu ekspertlərinin qiymətləndirməsinə görə, miqrasiyanın azalması ABŞ iqtisadiyyatı üçün uzunmüddətli mənfi təsirlər yarada bilər. Onların hesablamasına görə, 2026-cı ildə istehlak xərcləri 10 milyard dollar azala bilər və cəmi 40 milyard dollar səviyyəsinə düşə bilər, ÜDM-in artımı isə gözləniləndən 0,1-0,3% aşağı ola bilər.
Aynur Nadirqızı






