ABŞ elan etdi! Ukrayna atəşkəsə razıdır
ABŞ dövlət katibi Marko Rubionun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə Ukrayna nümayəndə heyəti arasında görüş 9 saat davam edib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-dan verilən açıqlamada danışıqların konstruktiv keçdiyi və Ukraynanın 30 günlük müvəqqəti atəşkəsə hazır olduğu bildirilib. Digər tərəfdən, iki ölkənin qiymətli metallar müqaviləsini ən qısa zamanda imzalamaq barədə razılığa gəldiyi bildirilib.
ABŞ və Ukrayna danışıqları 9 saatdan sonra başa çatıb. Ağ Evdən verilən açıqlamada Səudiyyə Ərəbistanında Ukrayna ilə danışıqların konstruktiv keçdiyi bildirilib.
Bildirilib ki, tərəflər Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün danışıqlar aparacaq qrupları müəyyənləşdirəcək və dərhal danışıqlara başlayacaq.