Türkiyədə zəlzələ baş verib
Türkiyədə zəlzələ baş verib.
Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir ki, AFAD-ın (Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsinin) Zəlzələ Departamentindən saat 04:39-da mərkəzi Van vilayətinin Başkale ərazisində 4 bal gücündə zəlzələ qeydə alınması ilə bağlı məlumat verilib.
Bildirilib ki, Yer səthindən 6,95 kilometr dərinlikdə baş verən zəlzələ Van və ətraf ərazilərdə aydın hiss olunub. Sarsıntı yaxın vilayətlərdə də böyük təşvişə səbəb olub.
Qısa müddətli narahatlığa yol açan zəlzələ nəticəsində ilkin məlumata görə, hər hansı bir zərər və ya mənfi hal baş verməyib.
Ləman Sərraf