TEMU-ya satış qadağası qoyuldu
Çin mənşəli TEMU şirkəti, “Türkiyədə nümayəndəlik açma şərti”ni yerinə yetirə bilməyib.
Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, bu vəziyyət, xüsusilə xalq sağlamlığı ilə bağlı məhsulların yoxlanılmasında məsul tərəfin tapılmasını çətinləşdirir.
İstehlakçıya qarşı cavabdeh qurum təqdim etməyən TEMU və digər platformaların satış fəaliyyətlərinin qarşısı alınacaq.
Xarici ölkələrdən Türkiyəyə satış həyata keçirən satıcılar və e-ticarət platformaları arasında nümayəndəlik açmaq öhdəliyini yerinə yetirməyənlər nəzarətdədir. Ticarət Nazirliyi, ən çox e-idxalatın edildiyi platforma olan Çinli TEMU başda olmaqla bir çox platformanın bu şərti yerinə yetirmədiyini bildirib. Nazirlik, bu vəziyyətin, xərçəngə səbəb ola biləcək məhsullar da daxil olmaqla, xalq sağlamlığı baxımından həyata keçirilən yoxlamaları çətinləşdirdiyini vurğulayıb və nümayəndəlik açmayan firmalara qarşı internetə giriş qadağası tətbiq etmək üçün hazırlıqlara başlayıb.
Ticarət Nazirliyinin “Uzaqdan Əlaqə Vasitələri ilə Bazara Çıxarılan Məhsulların Bazar Nəzarəti və Yoxlanışı Haqqında Qayda”sı 1 aprel 2025 tarixindən qüvvəyə minib. Bu qaydanın məqsədi, e-idxalat yolu ilə ölkəyə gətirilən məhsulların sağlamlıq baxımından yoxlanılmasını və istehlakçı hüquqlarının qorunmasını təmin etməkdir. Qayda qüvvəyə minməmişdən əvvəl Ticarət Nazirliyi sözügedən platformaları bu barədə məlumatlandırsa da, TEMU və bənzəri şirkətlər nümayəndəlik açmaq üçün heç bir addım atmayıb və Türkiyənin xəbərdarlıqlarına məhəl qoymayıb. Bu səbəbdən, 1 apreldən sonra nümayəndəlik təyin etməyənlərin müəyyənləşdirilməsi üçün işlər aparılır və qaydalara əməl etməyən platformalara qarşı giriş qadağasının tətbiq olunacağı bildirilib.
Ləman Sərraf