media-bea72dda-c05c-4634-b066-a67b369e8271

Rusiya hökuməti Əfqanıstandakı Taliban hərəkatını artıq rəsmi olaraq terror təşkilatı kimi tanımayacaq. Lakin 2003-cü ildən etibarən Moskva Talibanı terrorçu təşkilat hesab edirdi, indi isə bu qərarı ləğv etdi. Rusiya Xarici İşlər Nazirliyi isə bu addım barədə bildirib ki, Əfqanıstanla əməkdaşlığı genişləndirmək məqsədi daşıyır, xüsusən narkotiklərlə və terrorizmlə mübarizədə qarşılıqlı faydalı əlaqələr qurmağı hədəfləyir. Talibanın hakimiyyətə gəlməsindən sonra isə Qərb dövlətləri, xüsusən qadın hüquqları və təhsil məsələləri ilə bağlı təşkilatın siyasətini tənqid edərək, onu tanımamaq mövqeyini saxlayır.
Amma maraqlıdır ki, əvvəllər “terror təşkilatı” kimi qəbul edilən Taliban hərəkatını Rusiya indi hansı səbəblərdən terrorçu statusdan çıxarıb və əməkdaşlıq qurmaq istəyir?
Bu barədə Patrulaz.az-a politoloq Oqtay Qasımov öz fikirlərini bölüşdü:
media-bf401d87-7106-4e2f-b40f-94e17cff7924

“Rusiyanın Talibanı terror təşkilatı siyahısından çıxarması gözlənilən hal idi. Belə ki, Talibanın üç il öncə Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra bir sıra dövlətlər onunla münasibətlərini dəyişərək bu rejimlə əməkdaşlıq etməyə başlayıblar. Rusiyanın əslində Talibanla əlaqələrini qurması yeni deyil. Hələ Rusiyanın neçə il bundan əvvəl də Talibanla müəyyən təmasları vardı. Onların nümayəndələri Basqaya səfər edirdilər. Taliban hakimiyyətə gəldikdikdən sonra da bu təmaslar intensiv xarakter almağa başladı. Rusiya bununla Orta Asiya coğrafiyasında öz yerini möhkəmlətməyə çalışır. Çünki Rusiyanın Əfqanıstanın işğalı ilə bağlı keçmişi də var. Bunu da unutdurmağa çalışır. Hal-hazırda dünya qlobal sistemində baş verən dəyişikliklərdən bütün dövlətlər öz maraqları üçün istifadə etməyə çalışırlar. Rusiya da şüphəsiz ki, bu addımları atacaqdı. Nəzərə almaq lazımdır ki, Rusiya dünya ictimaiyyəti tərəfindən diktatura sisteminin olması ilə ittiham olunur. Ukraynaya qarşı təcavüzkar savaş aparması kimi məsələlər də Rusiyanın izolyasiya salınmasına gətirib çıxarmışdır. Bütün bunlar Rusiyanın izolyasiyalardan çıxması üçün atdığı addımlardan biridir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər