media-img_7386

İranın Dini Lideri Ayətullah Əli Xamenei Ramazan bayramı münasibətilə paytaxt Tehranda universitet tələbələri ilə görüşüb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, iclasda çıxış edən Xamenei ötənilki görüşlə müqayisədə bu il yaşanan dəyişikliklərə diqqət çəkib.

Helikopter qəzasında həyatını itirən keçmiş prezident İbrahim Rəisi, Hizbullah lideri Həsən Nəsrullah, HƏMAS lideri İsmayıl Haniyə və Yəhya Sinvar kimi simaların itirilməsinə işarə edən Xamenei, onların yoxluğunin böyük itki olduğunu bildirib.
İranın nüvə silahı mövzusundakı mövqeyinə toxunan Xamneyi ölkəsinin istəsə nüvə silahına sahib ola biləcəyini ifadə edərək, İran İslam Respublikasının nüvə silahı istehsal etmək niyyətində olsaydı, ABŞ-ın bunun qarşısını ala bilməyəcəyini vurğulayıb.


Bənzər xəbərlər