media-fb_img_1768593487405

ABŞ Prezidenti Donald Tramp İrana yüzlərlə siyasi məhbusun edamını ləğv etdiyinə görə təşəkkürünü bildirib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp təkidlərindən sonra İranın etirazlar zamanı həbs edilən məhbuslara sərt münasibətini yumşaltmasını müsbət qəbul edib:

“İran 800-dən çox insanın edamını ləğv edib. Və mən onların ləğv etmələrinə çox hörmət edirəm”, – deyə ABŞ lideri bildirib.

Xatırladaq ki, İranda dekabrın 28-dən etibarən iqtisadi səbəblərdən başlayan etirazlar genişmiqyaslı xarakter daşıyaraq bütün ölkəni bürüyüb.

Etirazlar zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş tutan şiddətli qarşıdurmada həyatını itirənlərin sayının 12 min ilə 20 min arasında olduğu bildirilib.


Bənzər xəbərlər