media-b6f82eef-31bc-40ba-85dd-60bc0dabadd9

ABŞ-nin Yəmənin Ras İsa limanına endirdiyi zərbələr nəticəsində üç rusiyalı dənizçi yaralanıb.

Patrulaz.az “TASS”a istinadən xəbər verir ki, Rusiyanın Yəməndəki müvəqqəti işlər vəkili Yevgeni Kudrov bildirib ki, Sənadakı xəstəxanada müalicə olunan rusiyalı dənizçinin gözündə ciddi xəsarət var və əməliyyata ehtiyacı ola bilər. Digər iki rusiyalı isə yüngül xəsarətlər alıb və həyatları üçün təhlükə yoxdur. O, əlavə edib ki, yaralanan dənizçilərin təxliyəsi üçün Rusiya səfirliyi lazımi addımları atır.

Rəsmi məlumatlara görə, “Seven Pearls” tankeri Ras İsa limanına yaxınlaşarkən hücuma məruz qalıb. Hücum nəticəsində 19 rusiyalı dənizçi gəmidə qalıb, onların ehtiyacları təmin edilib.

Qeyd edək ki, Ras İsa Yəmənin ən böyük neft yükləmə limanıdır və mütəmadi olaraq ABŞ-nin zərbələrinə məruz qalır.

Xatırladaq ki, 17 aprel tarixində ABŞ Silahlı Qüvvələrinin sözügedən limana kütləvi zərbələri nəticəsində 74 mülki şəxs həlak olmuş, 171 nəfər isə yaralanmışdı.

Gülbəniz Səfərova


Bənzər xəbərlər