media-287f068b-00ca-49ac-bc52-bebe9ee57a26

“Qərb dövlətləri, xüsusilə ABŞ uzun illər müsəlman ölkələrində öz məqsədlərinə nail olmaq üçün əllərindən gələni edirlər. USAİD kimi təşkilatların əsas məqsədi öz dövlətlərinin maraqlarını digər dövlətlərdə təmin etməkdir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

media-img_5291
Deputat bildirib ki, USAİD ölkəmizdə baş tutan müxtəlif beynəlxlaq tədbirlər zamanı öz təxribatlarını həyata keçirməyə çalışıb: “Ermənistan və Gürcüstanla bağlı məsələlərdə də USAİD-in təxribatçı addımlarını gördük. Lakin son zamanlar sözügedən bu təşkilat ifşa olunur. Hətta ABŞ özü bu təşkilatı ifşa edir, onunla bağlı məlumatları yayır”.


Bənzər xəbərlər