media-img_7721

ABŞ prezidenti Donald Tramp sosial media platforması “Truth Social”da verdiyi açıqlamada Co Baydeni hədəf alıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Baydenin, o cümlədən 6 yanvar Kapitola basqını araşdıran Seçmə Komitənin üzvləri də daxil olmaqla bir çox insan üçün amnistiya elan etdiyini xatırladan Tramp, bu qərarların etibarsız olduğunu bildirib. Tramp bildirib ki, bu sənədlərə Co Bayden imza atmayıb, daha da əhəmiyyətlisi, onlardan heç xəbəri olmayıb.

Sözügedən amnistiya qərarlarının Baydenə açıqlanmadığını və ya onun tərəfindən təsdiqlənmədiyini vurğulayan Tramp, bu qərarları verənlərin mümkün cinayəti törətmiş ola biləcəyini vurğulayıb.


Bənzər xəbərlər