ABŞ Rusiyanın Azərbaycan qazının Ukraynaya nəql edildiyi stansiyaya zərbə endirməsinə REAKSİYA VERDİ
ABŞ Dövlət Departamenti Rusiyanın Azərbaycandan Ukraynaya qaz tədarükü infrastrukturuna hücumuna münasibət bildirib.
Patrulaz.az xəbət verir ki, Trend agentliyinə açıqlamasında ABŞ Dövlət Departamentindən bildirilib ki, Rusiyanın mülki infrastruktur və yaşayış məntəqələrinə hücumları qəbuledilməzdir.
“Rusiya bu kimi hərəkətləri dərhal dayandırmalıdır,” – deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, Ukrayna Energetika Nazirliyi ötən gün Rusiyanın Transbalkan marşrutu üzrə əsas qazkompressor stansiyasına hücum etdiyini açıqlamışdı. Məhz bu marşrutla Azərbaycan qazının Ukraynaya tədarükünə yeni başlanmışdı.






