media-inshot_20260325_205302735

İran bildirib ki, ABŞ və İsrailin ölkə ərazisinə endirdiyi zərbələr nəticəsində 21 tibbi işçi və 5 yaşına qədər 13 uşaq həyatını itirib.

Patrul.az xəbər verir ki, bu barədə BMT-də İranın daimi nümayəndəsi Əli Bəhreyni Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusa yazdığı məktubda məlumat verib.

Cənab Bəhreyninin sözlərinə görə, əlavə olaraq 108 tibbi işçi yaralanıb. 7 xəstəxana təxliyə edilib və fəaliyyətini dayandırıb, 49 təcili yardım bölməsi, 38 təcili yardım maşını, bir sanitariya vertolyotu və bir təcili yardım kateri ciddi ziyan görüb və ya istifadəyə yararsız vəziyyətə düşüb.

İran Qırmızı Aypara Cəmiyyətinin mart 6-da verdiyi məlumata görə, ABŞ və İsrailin hərbi əməliyyatlarına başlanandan bəri İranda 1,3 mindən çox insan həlak olub, 3,6 mindən çox mülki obyekt zədələnib. Bunun 3 mini yaşayış evi, 13-ü tibbi və əczaçılıq mərkəzidir.

ABŞ-də yerləşən və İran üzrə insan haqları təşkilatı olan “Human Rights Activists News Agency”nin məlumatına görə, Amerika-İsrail zərbələrinin başlanmasından indiyədək İranda 3186 nəfər həlak olub. Onlardan 1153-ü hərbçi, 1394-ü mülki şəxs, 210-u isə uşaqdır. Həlak olanlardan 639 nəfərin kimliyi müəyyən edilməyib.

Aynur Nadirqızı


Bənzər xəbərlər