media-inshot_20260317_155433379

“ABŞ və İsrailin İran ərazisinə həyata keçirdiyi hücumlar nəticəsində 108 tarixi abidə zədələnib, onlardan 60-ı Tehran şəhərinə aiddir”.

Patrul.az xəbər verir ki, bu barədə Tansim agentliyi İranda Mədəniyyət Nazirliyinin açıqlamasına istinadla məlumat yayıb.

Açıqlamada bildirilib:

“ABŞ və sionist rejiminin son hərbi hücumları nəticəsində İranda müxtəlif bölgələrdə tarixi və mədəni abidələrin sayı 108-ə çatıb”.

Məlumata görə, Tehrandan sonra ən çox zərər görən bölgələr İsfahan və İran Kürdüstanı olub, burada müvafiq olaraq 19 və 12 abidə zədələnib.

Həmçinin qeyd olunub ki, bu hərəkətlər 1954-cü il Haaqa Konvensiyasını pozur və bəşəriyyətin yaddaşına ciddi təhlükə yaradır.

Aynur Nadirqızı


Bənzər xəbərlər