media-img_7722

ABŞ-ın milli təhlükəsizlik müşaviri Mike Waltz Yəmənə endirilən hava hücumlarında bir çox husi liderinin zərərsizləşdirildiyini bildirib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, “ABC News” kanalına danışan Waltz ABŞ-ın Yəməndə İranın dəstəklədiyi husilərə qarşı hava hücumlarını dəyərləndirib.

Waltz qeyd edib ki, ABŞ-ın hücumlarında bir çox Husi liderləri hədəfə alınıb və öldürülüb.

Bu hücumların ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə həyata keçirilən hücumlardan fərqli olduğuna işarə edən Waltz əsas məqsədin İranı məsuliyyətə cəlb etmək olduğunu deyib: “Nəinki ABŞ-ın hərbi gəmilərini, həm də qlobal ticarəti hədəf alan İrandır və husilərə dünyanın ən strateji dəniz zolağından ikisini bağlamağa kömək edir” deyə, Waltz bildirib.

Waltz ABŞ prezidenti Donald Trampın İranın nüvə silahına sahib ola bilməyəcəyi ilə bağlı sözlərini xatırladıb və qeyd edib ki, onun bu silahlara sahib olmasının qarşısını almaq üçün bütün variantları masa üzərindədir.


Bənzər xəbərlər