media-e5bb73fa-a96d-4bad-b18b-07524729d471

ABŞ-nin müxtəlif ştatlarından olan bir qrup pastor (protestant xristian din xadimi) Ağ Evdə bir araya gələrək ölkənin keçmiş prezidenti Donald Tramp və ABŞ ordusu üçün dua edib.

Patrul.az xarici mediaya istinadən xəbər verir ki, dini liderlər görüş zamanı ABŞ ordusunun güclənməsi, ölkənin təhlükəsizliyi və dövlət rəhbərliyi üçün dua ediblər. Pastorlardan bəziləri çıxışlarında iman və mənəvi dəstəyin dövlətin güclənməsində mühüm rol oynadığını vurğulayıblar.

Məlumatlara görə, tədbirdə iştirak edən din xadimləri həmçinin ABŞ hərbçilərinə dəstək ifadə edib və onların xidmətinin ölkə üçün böyük əhəmiyyət daşıdığını qeyd ediblər.

Sosial şəbəkələrdə yayılan görüntülərdə pastorların Ağ Evdə birlikdə dua etməsi və ABŞ ordusu üçün xeyir-dua verməsi əks olunub. Bu hadisə sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olub.


Bənzər xəbərlər