media-img_20250722_225607_463

Ağdam və Ağdərədə baş verən güclü yanğın geniş ərazilərə yayılıb.

Patrulaz.az “APA”ya istinadən xəbər verir ki, Ağdam və Ağdərə rayonlarının bir neçə kəndində güclü yanğın baş verib.

Alov Əliağalı, Yeni Qaralar (Ağdam rayonu), həmçinin Sırxavənd və Qazançı (Ağdərə rayonu) kəndlərinin kolluq və otlaq sahələrini əhatə edir.

Məlumata görə, qəfil başlayan yanğın qısa müddətdə böyük əraziyə yayılıb. Hazırda əraziyə yanğınsöndürən briqadalar cəlb olunub, alovun söndürülməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, yanğınsöndürmə işləri davam edir və hadisənin səbəbi ilə bağlı araşdırma aparılır.


Bənzər xəbərlər