Ağdərə rayonunda yanğın başlayıb
Ağdərə rayonunda meşədə yanğın başlayıb.
Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun Suqovuşan qəsəbəsi ərazisində yerləşən meşə massivində başlayıb.
Məlumata görə, ərazidə 2 dəfə mina partlayışı baş verib. Hazırda minalar çox olduğundan FHN-nin yanğınsöndürən əməkdaşları yanğın baş verən əraziyə daxil olmağa çətinlik çəkir.






