Ağdərədə davam edən yanğına 2 helikopter də cəlb olundu - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün Ağdərədə meşə massivində yanğın baş verib.
Patrulaz.az “Qafqazinfo”ya əsasən xəbər verir ki, alov dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə FHN-in Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Bildirilir ki, Suqovuşan qəsəbəsində gecə saatlarından başlayan yanğının qarşısı alınıb.
Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.






