Ağır yüklü “Kamaz” qaydaları pozub, qırmızı işıqda keçdi - VİDEO
Abşeron rayonunun Məhəmmədli qəsəbəsinə gedən yolda “Kamaz” markalı yük avtomobilinin qırmızı işıqdan keçməsi təhlükəli anlar yaradıb.
Patrulaz.az-a daxil olan məlumata görə, hadisə Yanar dağdan Məhəmmədli istiqamətinə gedən yolda baş verib. “40-BL-229” dövlət nömrə nişanlı olduğu ehtimal edilən kamaz markalı yük maşını svetoforun qırmızı işığına məhəl qoymadan hərəkətini davam etdirib.
Hadisə anı lentə alınıb və görüntülərdə avtomobilin qırmızı işıq yandığı halda yolu keçdiyi aydın şəkildə görünür.
Qeyd edək ki, sözügedən kamaz həm ağır yüklə hərəkət edib, həm də qaydanı pozaraq digər nəqliyyat vasitələri üçün ciddi qəza riski yaradıb.
Gülbəniz Səfərova