Aİ-dən Ermənistana silah yardımı
Avropa İttifaqı Ermənistana əlavə hərbi yardım paketi elan edib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın rəhbərlik etdiyi təşəbbüs çərçivəsində Ermənistana hərbi texnika və sursat veriləcək, yardım paketləri genişləndiriləcək. Ermənistan isə “növbəti müharibəyə hazırlıq” üçün PUA-lar almağa çalışır.
Avropa İttifaqına (Aİ) yaxınlığı ilə tanınan və Aİ qurumlarının yerləşdiyi Belçikanın paytaxtı Brüsseldə yerləşən “EU Reporter” nəşrinin əldə etdiyi məlumata görə, Birlik Ermənistanı silahlandırmaq üçün layihə müəyyənləşdirib. Layihəyə Fransa rəhbərlik edir. İrəvanı silahlandıracaq üç ölkə arasında Paris, Hindistan və Yunanıstan olduğu halda, bu dəfə İrəvan Avropa Sülh Quruculuğu Mexanizmi (APF) tərəfindən silahlanacaq. Hazırda İrəvana 10 milyon avro hərbi yardım göstərildiyi halda, yardımın genişləndiriləcəyi bildirilir. İrəvan isə həlledici məğlubiyyətə uğradığı İkinci Qarabağ Müharibəsində Türkiyənin TB2 Bayraktar İHA-nın güclü təsirini dərk edib. Kəşfiyyat mənbələrinə görə, Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA və İHA almağa çalışır.