media-img_6369

Avropa İttifaqı (Aİ) liderləri martın 6-da keçiriləcək “Ukrayna və müdafiə” mövzusunda fövqəladə sammitə hazırlıq çərçivəsində videokonfransda görüşüblər.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının sədri Antonio Kostanın sədrliyi ilə bir araya gələn liderlər fevralın 25-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşən Fransa prezidenti Emmanuel Makrondan da görüşün təfərrüatlarını dinləyiblər. X hesabında görüşlə bağlı paylaşım edən Kosta, Makronun martın 6-da keçiriləcək “Ukrayna və müdafiə” mövzusunda fövqəladə zirvə toplantısı öncəsi brifinqlərinin vacib olduğunu bildirib.

27 liderin hamısının iştirak etdiyi onlayn görüş təxminən 30 dəqiqə davam edib.


Bənzər xəbərlər