media-img_6370

İngiltərə Xarici İşlər Naziri David Lammy ölkəsinin müdafiə xərclərinin artırılmasını maliyyələşdirmək üçün xarici yardım büdcəsini azaltmaq qərarını müdafiə edərək, bu qərar nəticəsində həyati əhəmiyyət kəsb edən bir çox proqramın dayandırılmalı olacağı xəbərdarlığını edib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin “The Guardian” qəzeti üçün yazdığı məqalədə Lammy müdafiə xərclərinin artırılmasını maliyyələşdirmək üçün ölkəsinin xarici yardım büdcəsini azaltmaq qərarını müdafiə edib. Tarixdə hər şeyin dəyişdiyi anlar olduğunu, lakin dəyişikliyin miqyasının “duman yox olana qədər qəbul edilə bilməyəcəyini” ifadə edən Lammy, bu anların aydın liderlik və cəsarətli hərəkətlər tələb etdiyinə diqqət çəkib.


Bənzər xəbərlər