İsrail və HƏMAS-ın bu gün məhbusları azad edəcəyi gözlənilir
İsrailin bu gecə təxminən 600 fələstinli məhbusu azad edəcəyi açıqlanıb. HƏMAS isə bu gecə 4 məhbusun cəsədini İsrailə təhvil verəcək.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin Məhbusları Media Ofisi İsrailin bu gecə təxminən 600 fələstinli məhbusu azad edəcəyini, Həmas isə 4 məhbusun cəsədini bu gecə İsrailə təslim edəcəklərini açıqlayıb.
HƏMAS fələstinli məhbusların azad edilməsində gecikmələrə son verəcək həll yolu ilə bağlı İsraillə razılaşma əldə edildiyini açıqladıqdan sonra, Fələstin Məhbusları Media Ofisi İsrailin bu gecə təxminən 600 fələstinli məhbusu azad edəcəyini açıqladı. Qəzza zolağının Xan Yunus şəhərindəki Avropa Qəzza Xəstəxanasında məhbuslar üçün hazırlıqların davam etdiyini bildirən ofis məhkumların yerli vaxtla saat 22.00-00.00 arasında gəlməsinin gözlənildiyini bildirib.