media-img_6372

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Rusiyanın xarici işlər naziri Sergey Lavrovu və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Qətər Əmirliyi Şurasının verdiyi açıqlamada, paytaxt Dohada Lusail sarayında keçirilən toplantıda Qətər və Rusiya arasında enerji və investisiya sahələrində əməkdaşlığın necə gücləndirilə biləcəyi müzakirə edilib. Bundan əlavə, regional və beynəlxalq hadisələr müzakirə edilib.
Görüşdə Qətərin Baş naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani də iştirak edib.


Bənzər xəbərlər