media-img_6371

ABŞ prezidenti Donald Trampın Nazirlər Kabinetinin ilk iclasında onun baş müşaviri, iş adamı İlon Mask iştirak edib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Ağ Evdə keçirilən ilk kabinet iclasında gündəmlə bağlı qiymətləndirmələr edib. İclasda Hökumətin Səmərəliliyi Departamentindən (DOGE) məsul olan ABŞ milyarderi Mask da iştirak edib. “Make America Great Again” şüarının qısaltması olan üzərində MAGA yazılmış papaq və üzərində “Texniki Dəstək” yazılmış köynək geyinən Maskın Tramp və kabinet üzvlərinin oturduğu masanın kənarında dayandığı görülüb. İclasda Tramp tərəfindən çıxış etmək hüququ verilən Mask “DOGE”-nin işini izah edib.


Bənzər xəbərlər