media-img_6366

Tramp Ağ Evdəki ilk kabinet iclasında gündəmlə bağlı qiymətləndirmələr edib.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Kanada və Meksikaya tətbiq edilən tarifləri dayandırmayacağını bildirən Tramp Kanada və Meksika üzərindən ABŞ-a gələn fentanil səbəbiylə milyonlarla insanın öldüyünü iddia edib.

“Tariflərin hamısı olmasa da, çoxları davam edəcək”- deyə, Tramp bildirib. O qeyd edib ki, Kanada və Meksikaya tətbiq edilən tariflərdən əlavə, bütün digər tariflər aprelin 2-dən qüvvəyə minəcək. Tramp bəyan edib ki, Aİ qisas almağa cəhd edə bilər, lakin bu, uğurlu olmayacaq və bu halda artıq oradan idxal etməyəcəklər.


Bənzər xəbərlər