“The Simpsons”-dan 28 fevral proqnozu: Çox az vaxt qalıb
Dünyanın ən məşhur animasiya seriallarından biri olan “Simpsonlar” daha bir kehanetlə gündəmə gəlib. Bu dəfə serial 28 fevral 2025-ci ili qeyd edib, yeni proqnoz insanlar arasında narahatlığa səbəb olub.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, “Simpsonlar” indiyə qədər yaradılmış ən uğurlu və uzun müddətli televiziya şoularından biridir və onun uzunömürlülüyünün əsas amillərindən biri gələcək hadisələri böyük ölçüdə proqnozlaşdırmasıdır. Serialın keçmiş epizodları real dünyada baş verən hadisələri qorxunc şəkildə proqnozlaşdırmağa müvəffəq olub.
Koronavirus, Neymarın ciddi zədələnməsi, Fukusima nüvə fəlakətindən sonra mutant tərəvəzlərin ortaya çıxması və “Simpsons” epizodlarında bir çox digər hadisələr yer alıb.
Bunun son nümunəsi 28 fevral 2025-ci ildə baş verə bilər və dünyanın sonu ola bilər. Serialın 1998-ci ildə yayımlanan “Sprinqfildin Son Günü” adlı bölümündə bütün şəhərdə elektrik enerjisi tam kəsilib. Nə işləyən maşın, nə elektrik, nə mobil telefonlar var, nə də Homerin gedib işləməsi üçün yer yoxdur. Eynilə, 2023-cü ildə yayımlanan bir epizodda cənab Burns 28 fevral 2025-ci ildən sonra heç bir enerjinin qalmayacağını qeyd edir.