AKTA tərəfindən təşkil edilən "Kiber Yay Məktəbi 2025"-in ikinci günündən görüntülər - VİDEO
İyulun 23-də AKTA tərəfindən təşkil edilən “Kiber Yay Məktəbi 2025” çərçivəsində interaltiv təlimlər davam etdirilib. Təlimlərin 2-ci günündə iştirakçılara hədəf sistem ilə bağlı kəşfiyyat və məlumat toplama, şəbəkə sistemlərinə hücum və onların müdafiəsi, Əməliyyat sistemlərinə hücum və onların müdafiəsi, Veb tətbiqlərinə hücum və onların müdafiəsi mövzuları tədris edilib.
Patrulaz.az xəbər verir ki, peşəkar təlimçilər tərəfindən keçirilən dərslər zamanı iştirakçılar həqiqi kiberhadisələrə əsaslanan nümunələr üzərində işləməklə biliklərini təcrübədə sınamaq imkanı əldə ediblər. Sessiyalar interaktiv formada aparılıb və iştirakçılar sualları ilə aktiv iştirak nümayiş etdiriblər.
Günün sonunda isə təşkilatçılar tərəfindən iştirakçılar arasında komanda şəklində interaktiv və əyləncəli oyunlar keçirilib. Oyunlar zamanı həm biliklər yoxlanılıb, həm də iştirakçılar arasında komanda ruhu gücləndirilib.
Qeyd edək ki, “Kiber Yay Məktəbi 2025” layihəsi iyulun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin Bilgəh İstirahət Mərkəzində keçirilmiş rəsmi açılış mərasimi ilə start götürüb və iyulun 26-dək davam edəcək.
Günay Salayeva






