Alimlər 2026-cı il üçün yeni virus təhlükəsinə qarşı xəbərdarlıq etdilər
Elmi ictimaiyyət 2026-cı il üçün ciddi virus təhlükələrinə qarşı xəbərdarlıq edib.
Patrul.az xəbər verir ki, 2026-cı il yalnız yeni ümidlərlə deyil, həm də görünməz virus təhlükələri ilə gəlir. Belə ki, iqlim dəyişikliyi, qlobal mobillik və əhali artımı yeni və təkamül etmiş virusların yayılma riskini artırır.
Xüsusilə aşağıdakı viruslar ciddi narahatlıq doğurur:
A qripi (H5N1)
Quşlardan mal-qaraya yayılan virus insandan insana keçmə qabiliyyətini qazanarsa pandemiya riski yarana bilər. Mövcud peyvəndlər yetərli deyil, yeni peyvəndlər hazırlanır.
Mpox (Meymun Çiçəyi)
2022-ci ildən yayılmağa başlayan “Klad II” variantı ilə yanaşı, daha ağır “Klad I” variantı Afrika xaricində də görünməyə başlayıb. Gedişi hələ də qeyri-müəyyəndir.
Oropouche Virusu
Kiçik qum milçəkləri vasitəsilə yayılan virusun peyvəndi yoxdur və əhatə dairəsinin genişlənəcəyi gözlənilir.
Bundan əlavə, peyvənd nisbətlərinin azalması və beynəlxalq yardımın kəsilməsi qızılca, HİV və Çikunqunya viruslarını riskli vəziyyətə gətirir. Alimlər, ekosistemlərin pozulması və qlobal təmas səbəbindən yeni virusların ortaya çıxa biləcəyini bildirir.
Bir sözlə, 2026-cı il virus təhlükələri üçün hazır olmaq və sayıqlığı artırmaq kritik əhəmiyyət daşıyır.






