media-inshot_20251015_230637849

Alimlər xərçəngin böyüməsini dayandıra biləcək yeni dərman hazırlayıblar.

Patrulaz.az xəbər verir ki, Francis Crick İnstitutu və Vividion Therapeutics tədqiqatçıları, RAS geni ilə xərçəngin əsas sürücüsü PI3K fermenti arasındakı əlaqəni bloklayan birləşmələr hazırlayıblar.

Məlumata görə, sözügedən dərman sağlam hüceyrələrə zərər vermədən şişi dayandırır.

Siçanlar üzərində aparılan sınaqlarda dərman xərçəng hüceyrələrinin çoxalmasını dayandırıb və qan şəkərinə təsir etməyib. Hazırda isə dərman ilk insan sınaqlarına başlayır.

Alimlərin sözlərinə görə, bu dərman xərçəng müalicəsində yan təsirləri azaldaraq yeni dövr açacaq.


Bənzər xəbərlər