media-inshot_20250918_092638635

Yer kürəsinin milyard illərdir yol yoldaşı olan Ayın hərəkəti alimlərin diqqət mərkəzinə düşüb.

Patrulaz.az xəbər verir ki, mütəxəssislərin açıqlamasına görə, təbii peyk hər il təxminən 3,8 santimetr Yer kürəsindən uzaqlaşır. Bu proses isə tədricən Yerdə günlərin uzanmasına səbəb olub.

Miçiqan Dövlət Universitetinin fizika və astronomiya üzrə alimi Dr. Stiven DiKerbi bildirib ki, bu hadisə yeni deyil. Onun sözlərinə görə, təxminən 70 milyon il əvvəl – dinozavrların son dövrlərində günlərin uzunluğu bugünkü 24 saat deyil, 23,5 saat olub. Ayın uzaqlaşması davam etdikcə, günlər əvvəlcə saniyələrlə, daha sonra dəqiqə və saatlarla artacaq.

“Bu dəyişikliklər o qədər yavaş baş verir ki, insanlıq onları birbaşa hiss etməyəcək”, – deyə alim vurğulayıb.

Məlumata görə, Ayın bu gün başlayan səssiz uzaqlaşması bəşəriyyətin müşahidə edə bilməyəcəyi qədər uzun kosmik prosesin bir hissəsidir.


Bənzər xəbərlər