Alimlərə fürsət: Marsa yaxınlaşan bu cism sayəsində qalaktikanın necə formalaşdığı öyrəniləcək
Günəş sisteminə başqa ulduzlardan gəlmiş nadir obyekt olan 3I/ATLAS oktyabrın 3-də Marsa çox yaxınlaşacaq.
Patrulaz.az xarici KİV-ə əsasən xəbər verir ki, sözügedən vaxtda nadir görünən asteroid Günəşə çox yaxın olacağı üçün Yerdən görünməyəcək. Buna görə astronomlar müşahidəni Mars orbitindəki peyklər vasitəsilə aparacaqlar.
Tətqiqatçılar nadirən baş verən bu hadisəni dəyərləndirərək, Marsa yaxınlaşdığı zaman 3I/ATLAS-ın şəklini çəkməyi hədəfləyiblər. Kometin tərkibi və hərəkəti də bu peyklər vasitəsilə öyrəniləcək.
Məlumata görə, bu nadir fürsət astronomlara qalaktikanın necə formalaşdığını anlamağa kömək edəcək.
Qeyd edək ki, “3I/ATLAS” adındakı 3I “üçüncü interstellar obyekt” adlanır. Bu Günəş sistemimizə başqa ulduzlardan gəlmiş üçüncü kosmik cisimdir. “ATLAS” isə NASA-nın Yerdən keçə biləcək asteroidləri və kometləri aşkarlayan sistemidir.






