media-inshot_20260325_163859363

“Almaniya üçün Alternativ” partiyasından olan deputat Qunnar Lindemann bildirib ki, ABŞ İranla münaqişədən iqtisadi fayda əldə etmək məqsədilə istifadə edir.

Patrul.az xəbər verir ki, o, “İzvestiya”ya açıqlamasında qeyd edib ki, ABŞ Prezidentinə yaxın şəxslər, eləcə də ehtimal ki, Donald Tramp özü, şəxsi əlaqələri və ilkin məlumatlara çıxış imkanları hesabına neft sazişlərində iştirak edə bilərlər.

“Biz keçmişdə dəfələrlə görmüşük ki, mühüm qərarlar ərəfəsində böyük investisiyalar həyata keçirilir”, – deyə Lindemann bildirib.

Deputat əlavə edib ki, hazırkı atəşkəsin gələcək hərbi əməliyyatlara hazırlıq məqsədilə istifadə olunub-olunmadığını dəqiq demək çətindir. Onun fikrincə, Donald Tramp İranda sürətli uğurun mümkün olmadığını anlayaraq “blitskriq” strategiyasından imtina edib.

Lindemann vurğulayıb ki, NATO müttəfiqləri ABŞ-yə dəstək verməkdən imtina ediblər və bu səbəbdən Vaşinqton hazırda çıxış strategiyası axtarır. Onun sözlərinə görə, ABŞ təkbaşına, yalnız İsraillə birlikdə, İrana qarşı quru qoşunları yeritmədən ciddi nəticə əldə edə bilməz.

Deputat qeyd edib ki, quru qoşunlarının yeridilməsi ABŞ üçün böyük itkilərlə nəticələnə bilər və Tramp da bunu anlayır. Buna görə də o hesab edir ki, ABŞ rəhbərliyi hazırkı mərhələni Tehranla münaqişədən çıxış strategiyasını formalaşdırmaq üçün istifadə edir.

Aynur Nadirqızı


Bənzər xəbərlər