media-686fc7267352f686fc726735301752155942686fc7267352d686fc7267352e

Almaniyada vəfat edən 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov bu gün doğulduğu Lənkəran rayonunun Digah kəndində torpağa tapşırılıb.

Patrulaz.az xəbər verir ki, mərhumun nəşi Azərbaycana gətirildikdən sonra Digah kənd qəbiristanlığında vida mərasimi keçirilib və o, yaxınlarının iştirakı ilə dəfn olunub.

Qeyd edək ki, Kənan Səfərov iyulun 5-də Almaniyanın Münhen şəhərində yaşadığı ünvanda ölü tapılıb. İlkin ehtimallara görə, onun ölümünə səbəb soyuq su içdikdən sonra damarlarında yaranan tromblaşma olub.

Məlumata görə, Kənan Səfərov evin tək övladı idi. O, Almaniyada ali təhsil alan birinci kurs tələbəsi olub və son 6 ayda Münhendə yaşayıb. Buna qədər isə anası ilə birlikdə Bakı şəhərində yaşayırdı.


Bənzər xəbərlər