media-inshot_20250725_164957804

İyulun 24-də Rusiyanın Amur vilayətində radarlardan itən “An-24” sərnişin təyyarəsinin qəzaya uğramasından əvvəlki yeni görüntüləri yayılıb.

Patrulaz.az xəbər verir ki, yayılan kadrlarda təyyarənin havada olduğu zaman alovlandığı, daha sonra istiqamətini itirərək meşəlik əraziyə çırpıldığı görünür. Təyyarə yerə düşdükdən dərhal sonra şiddətli partlayış baş verir.

Baş verən dəhşətli aviasiya qəzası nəticəsində təyyarədə olan bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. Göyərtədə 48 nəfər( onlardan 5-i uşaq, 6-sı isə ekipaj üzvü olmaqla) həlak olub.

Qəzanın səbəbləri kimi pis hava şəraiti, zəif görünmə, ekipajın mümkün səhvi və ya təyyarənin texniki cəhətdən köhnəlməsi göstərilir.

Qeyd edək ki, qəzaya uğrayan “An-24” təyyarəsi təxminən 50 ildir istismarda olub və uzun müddət əvvəl müasir standartlara uyğun hesab edilməyib.


Bənzər xəbərlər