media-inshot_20250919_184332380

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında əsas addım 44 günlük Vətən müharibəsi oldu”.

Bu fikirləri Patrulaz.az-a hərbi ekspert Heydər Mirzə 2023-cü il 19 sentyabr tarixində Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinin təxribatlarına qarşı həyata keçirdiyi lokal antiterror tədbirlərinin ildönümü münasibətilə bildirib. 

Ekspertin sözlərinə görə, aparılan uğurlu əməliyyatlar və 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan ərazisində hər hansı muxtar, separat və ya mərkəzdən müstəqil qurum qalmayıb:

media-img-20250919-wa0085

“Ümumiyyətlə, deyə bilərik ki, bu proses bir neçə mərhələdən ibarət idi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında əsas addım 44 günlük Vətən müharibəsi oldu. Bu müharibə həm ən məsuliyyətli, həm də ərazilərin azad olunması baxımından ən məhsuldar əməliyyat idi. Daha sonra keçirilən əməliyyatlarda da həm ərazi bütövlüyünün tam bərpası, həm də siyasi məqsədlər ön plana çıxırdı. Məsələn, düşməni danışıqlarda daha mülayim və dialoqa meyilli etmək, dövlət sərhədində strateji yüksəkliklərin ələ keçirilməsi bu əməliyyatların həm taktiki, həm də siyasi-strateji əhəmiyyətini göstərirdi.

Hazırda əsas nəticə ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsindən sonra müxtəlif ssenarilər mövcud olsa da, həm bizim atdığımız addımlar, həm də qlobal və regional kontekstdəki hadisələr nəticəsində bəlkə də ən gözləmədiyimiz, lakin bizim üçün ən sərfəli variant reallaşdı.

Bu da odur ki, Azərbaycan ərazisində hazırda hər hansı muxtar, separat və ya ən cuzi bir şəkildə mərkəzdən müstəqil olan hansısa icma mövcud deyil, həmçinin onların mövcudluğu üçün zəmin də qalmayıb. Uzun sözün qısası, orada hal-hazırda erməni yoxdur. Bu, etnik təmizləmə nəticəsində deyil – ermənilər özləri sakitcə maşınlarına minib əşyalarını götürərək ərazini tərk etdilər. Lakin bu da antiterror əməliyyatının siyasi-psixoloji nəticəsi idi. Hesab edirəm ki, ən böyük nəticələrdən biri budur. Çünki münaqişənin indi tam həll olunması, gələcəkdə – 50 və ya 100 il sonra yenidən alovlanma ehtimalının qarşısını aldı. Başqa sözlə, bu münaqişəni dirildəcək “toxumlar” torpaqda qalmadı. Ən əsas məqam da budur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər