Aparıcı Zaur Baxşəliyev uşaqlığında şiddətə məruz qalıbmış - VİDEO
“Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev efirdə uşaq yaşlarında şiddətə məruz qaldığını etiraf edib.
Patrul.az xəbər verir ki, aparıcı uşaqlara qarşı zorakı davranışları qınayarkən, özünün də uşaq ikən qohumlarından biri tərəfindən döyüldüyünü bildirib.
Aparıcının sözlərinə görə, o, şiddətə ailəsinin yanında məruz qalıb:
“O anı hələ də unuda bilmirəm. Şiddət ailə üzvlərimin yanında, qohumlarımdan biri tərəfindən məruz qalmışam. Heç vaxt o insanı bağışlamamışam və bağışlamayacağam. Uşaqlıq yaddaşımda həmin günün hər saniyəsini, nöqtə-vergülünə kimi xatırlayıram – necə şillə vurdu, necə döydü məni”.
Aparıcı əlavə edib ki, uşaqlara qarşı zorakılıq göstərənlər düşünməsin ki, uşaqlar böyüyəndə bunu unudacaq:
“Düşünməyin ki, uşaqdı, böyüyəcək yaddından çıxacaq, heç kim unutmur”, – deyə aparıcı əlavə edib.
Gülbəniz Səfərova






