media-inshot_20260402_103449569

“Aprel döyüşləri Azərbaycanın hərb tarixinin qızıl səhifəsidir. Çünki, Azərbaycan son 200 ildə torpaqlarını itirib və döyüş meydanında məğlubiyyətlərə uğraııb. Amma Aprel döyüşləri bu sindromu qırdı. Belə ki, bu döyüşlər Azərabaycanın heç də 90-cı illərin əvvəlində olduğu kimi olmadığını və ordumuzun yeni bir müstəvidə inkişaf etydiyini sübut etdi. Aprel döyüşləri xalqımızın onun siyasi baxışları , etnik və dini mənsubiyyətindən asıllı olmayaraq hamının bir yumruq kimi birləşərək Ali Baş Komandanın əmrinə hazır olduğunu təsdiq etdi”.

Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov Patrul.az-a açıqlamasında səsləndirib.

O xatırladıb ki, uzun illər Ermənistan öz ordusu ətrafında məğlubedilməz ordu mifini yaratmışdı:

“Amma Azərbaycan ordusu bu mifi darmadağın etdi və 4 gün davam edən müharibədə düşməni ağ bayraq qaldırmağına və atəşkəs üçün yalvarmağına məcbur etdi. Qısa dövrü əhatə edən bu döyüşlərdə Ermənistan300 -dən çox canlı qüvvə , 30-dan çox tank və 25-dən çox artilleriya qurğusunu itirdi. Azərbaycan ordusu isə 2 min hektardan çox ərazini işğaldan azad edərək Cəbrayıl rayonun Lələ təpə yüksəkliyinə bayraq sancmaqla Cocuq Mərcanlıda təhlükəsilik təmin etdi. Həm də Tərtər rayonun strateji yüksəkliklərini nəzarətə almaqla Naftalana qədər olan böyük bir ərazidə təhlükəsizliyi təmin etmiş oldu.

Aprel döyüşləri həm də ordumuzun gücünün bir testi idi. Yəni bu döyüşlərdə ordumuzun gücünün qismən bir hissəsini nümayiş olunmuşdu. Bu həm də düşmənə və onun arxasında dayananlara bir mesaj idi. Yəni Azərbnaycan aprel döyüləri ilə Azərbaycan Ermənistan münaqişəsi dondurulmuş münaqişə olmadığını sübut edərək status kvonu dəyişərək Erməmnistanı yenidən danışıqlar masasına qaytardı”.

media-inshot_20260402_103538543

Deputat qeyd edib ki, Aprel Böyük Qaydıdışın başlanğıcı oldu:

“Belə ki, Böyük Qayıdışın ilk ünvanı Cocuq Mərcanlı oldu. Biz bununla Ermənistana digər torpaqlarımızı da döyüş meydanında işğaldan azad edərək qayıdacağımıza mesaj vermiş olduq. Həm də aprel döyüşlərindən iki il keçəndən sonra Naxçıvanda keçirlmiş Günnüt əməliyyatı ilə Əlahiddə Ordumuz qısa bir zaman kəsiyində 11 min hektar əraziləri nəzatrət altına aldı. Sonradsan isə 44 günlük Vətən müharibəsi və loikal xarakterli antiterror tədbirləri keçiməklə bütün ərazilərimizdə suverənliyimizi təmin etməyimizə və Böyük Qayıdışa dair dövlət proqramını bütün azad olunmuş ərazilərdə uğurla davam etdirməyimizə yol açdı. Bu gün Azərbaycan xalqı qalib xalq olaraq başı dik, qürurla gəzir və keçmiş məcburi köçkünlər üçün layiqli həyat şəraiti yaradaraq öz doğma yurdlarına qaytarır”.

“Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları özünün inkişaf dövrünü yaşayır. Bəli, bu döyüşlər zamanı hərbiçilərimizi və mülki insanlarımızı itirdik. Vətən uğrunda həlak olan hər bir şəxs şəhidlik zirvəsinə yüksəlib. Allah şəhidlərimizə rəhmət, qazilərimiz can sağlığı versin. Yaşasın suverən Azərbvaycan Respublikası, yaşasın Ali Baş Komandan, Prezident İlham Əliyev! Qarabağ əbədi olaraq Azərbaycandır!”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər