media-inshot_20250812_173138305

Arı sancması çoxları üçün sadəcə qızartı, şişkinlik və yüngül ağrı ilə keçən xoşagəlməz bir hadisədir. Lakin bəzi insanlar üçün bu, həyati təhlükə yarada bilər. 

Patrulaz.az-ın araşdırmasına görə, əsas risk qrupunu arı zəhərinə qarşı allergiyası olanlar təşkil edir. Belə insanlarda sancmadan dərhal sonra nəfəs darlığı, boğazın şişməsi, təzyiqin kəskin düşməsi və huş itirmə kimi anafilaktik şok əlamətləri yarana bilər. Bu hal təcili tibbi müdaxilə tələb edir, çünki gecikmə ölümcül ola bilər.

Risk qrupuna həmçinin uşaqlar, yaşlı insanlar və ürək-damar xəstəliyi olanlar da daxildir. Onlarda orqanizm arı zəhərinin təsirinə qarşı daha həssas olur. Həmçinin, bir dəfə arı sancmasına ağır reaksiya vermiş insanların ikinci dəfə daha güclü reaksiya keçirmə ehtimalı yüksəkdir.

Bəs nə edilməlidir?

Mütəxəssislər məsləhət görür ki, allergiyası olan şəxslər həmişə yanlarında adrenalin inyeksiyası (EpiPen) saxlasınlar və sancma halında dərhal tibbi yardıma müraciət etsinlər. Əks halda, “sadə” görünən bir arı sancması saniyələr içində həyati təhlükəyə çevrilə bilər.

Ləman Sərraf


Bənzər xəbərlər