Artıq robotlara toxunduğunuz anda onlar da hiss edəcək - inqilabi yenilik
Artıq robotlara toxunarkən insan dərisinə bənzər hiss yaranacaq.
Patrul.az-ın məlumatına görə, buna səbəb robotlara insan həssaslığı verən süni dərinin hazırlanmasıdır.
Penn State University tədqiqatçılarının hazırladığı bu “ağıllı dəri” (e-skin) texnologiyası sayəsində robotlar pambıq, yumşaq çörək kimi asanlıqla deformasiya ola bilən obyektləri zərər vermədən qavraya bilir.
Məlumata görə, dəri robotun təkcə toxunma hissini təmin etmir, eyni zamanda obyektləri tanımasına da imkan yaradır. Belə ki, süni intellektlə inteqrasiya olunmuş sensorlar sayəsində robot toxunduğu obyektin nə olduğunu (məsələn, hansı meyvə və ya qida növü olduğunu) 99,58% dəqiqliklə müəyyən edir.
Tədqiqat qrupunun rəhbəri Huanyu Cheng bildirir ki, bu inkişaf insan-maşın qarşılıqlı əlaqəsində yeni bir dövrün başlanğıcıdır. Növbəti addım sensorları daha kiçik və çoxfunksiyalı hala gətirmək və onları kommersiya robotlarına inteqrasiya etməkdir.
Qeyd edək ki, texnologiyanın gələcəkdə protez əllərdə istifadə edilməsi planlaşdırılır. Bu isə protez istifadəçilərinə toxunma hissinin qismən geri qaytarılmasına imkan yarada bilər.
Gülbəniz Səfərova






